"2012-ci ildən indiyə qədər keçirilməyən prezident səviyyəsində danışıqlar formatı reallaşmaq üzrədir. Bu görüşdə maraqlı, diqqəti cəlb edən məqam onunla bağlıdır ki, amerikalı həmsədr danışıqlar prosesində yeni imkanların yarandığı haqqında mövqeyini bildirib". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli həmsədrlərin regiona səfəri zamanı prezidentlər səviyyəsində görüşün təşkili ilə bağlı verdiyi açıqlamasında deyib. O bildirib ki, amerikalı həmsədrin bu cür çıxış etməsi onu göstərir ki, danışıqlar prosesində müəyyən pozitiv irəliləyiş həyata keçirmək üçün şərait yaranıb.
Politoloq hesab edir ki, bu baxımdan danışıqlarda hansısa bir müsbət nəticə ola biləcəyinə ümidlər yaranıb: "Amerikalı həmsədrin mövqeyi ilə bağlı detallar məlum olmasa da, onun belə bir mövqedən çıxış etməsi onu göstərir ki, budəfəki danışıqlardan nəsə gözləmək olar. Bizim qənaətimizə görə, hərhalda amerikalı həmsədr sözü havayı yerə deməyib. Düzdür, yenə də ortada 2009- cu ildə Afinada irəli sürülən Madrid Prinsipləri dayanır ki, bu prinsip Ermənistan tərəfindən qəbul olunmayıb. Lakin Azərbaycan bu prinsipləri qəbul edib və onun əsasında münaqişənin həllini istəyir. Azərbaycan prezidentinin danışıqlara getməklə bağlı razılıq veriməsi, bizdə o ümidləri yaradır ki, artıq həmsədrlər Ermənistanın mövqeyinə təzyiq etməyə başlayıblar. Əks halda, belə görüşün keçirilməsi və həmsədrlərin bu cür bəyanat verməsinə əsas olmazdı. Sadəcə ümumi bir nəticəni gözləmək lazımdır. Ümid edirik ki, bu danışıqlarda heç olmasa, müəyyən bir irəliləyiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB