ATƏT-in Minsk qrupunun fransalı həmsədri Azərbaycana gəlib

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Azərbaycana gəlib

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak For Bakıya gəlib. SİA-nın məlumatına görə, digər həmsədrlər - Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) Azərbaycana sabah gələcəklər.

Vasitəçilər noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcək, həmin gün də İrəvana yola düşəcəklər.

Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə