Şəkidə ev yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə yanıb.
Kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB