Baş nazirin müavini: “Azərbaycan Prezidentinin sosial bazası Azərbaycan xalqıdır” AÇIQLAMA

Baş nazirin müavini: “Azərbaycan Prezidentinin sosial bazası Azərbaycan xalqıdır” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun 20 ildir gördüyü işin heç bir nəticəsi yoxdur. Beynəlxalq təşklilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımı qətnamələr qəbul edib. Lakin əfsuslar olsun ki, bu qətnamələrin heç biri indiyə qədər yerinə yetirilməyib". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə iştirakı zamanı deyib.

Baş nazirin müavinin sözlərinə görə, əgər dünyada belə çoxşaxəli standartlar varsa, bizim yeganə arxalanacğımız yer dövlət və cənab Prezident İlham Əliyevdir: "Əgər Ermənistan konstruktiv bir mövqeyə gəlməsə, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələrini yerinə yetirməsə, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad edəcək. Bunu cənab Prezident də deyib. Biz buna hazır olamlıyıq".

Əli Həsənov Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə sərt xəbərdarlıq da edib: "Qoy onlar eşitsinlər ki, onları öz rəhbərləri iki dəfə qaçqın edəcək. Nə qədər ki gec deyil, ermənilər ağıllarını başlarına yığsınlar və bilsinlər ki, onlar onsuzda Azərbaycanın tarixi torpaqlarında yaşayırlar, İşğalçı dövlət hələ bu gün də bizim yaşadığımız torpaqlara göz dikib ora köç edirlər. Bunlar hamısı müvəqqətidir. Bu ədalətsizlik heç vaxt yerdə qalmayacaq".

Cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına da toxunan Əli Həsənov sözlərinə əlavə edib ki, nəinki Dağlıq Qarabağ torpaqları, Azərbaycanın keçmiş tarixi torpaqları (həm Zəngəzur , həm də Göyçə mahalı) da vaxt gələcək azad olunacaq: "Biz buna əminik, çünki son prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı prezidentlə birdir, Azərbaycan prezidentinin sosial bazası Azərbaycan xalqıdır. Öz xalqına söykənən prezident işğal olunmuş torpaqları mütləq azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə