YAP Nizami rayon təşkilatı yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verdi
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verdi.
Tədbirlər planı çərçivəsində rayon təşkilatının 140-a yaxın ərazi ilk partiya təşkilatlarında toplantılar keçiriləcək, rayon təşkilatının fəaliyyətində xüsusi əməyi olan partiya üzvləri mükafatlandırılacaq və 200-dək yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim ediləcək.
Bununla yanaşı, yubiley münasibətilə müxtəlif ədəbi-bədii və idman tədbirləri də təşkil ediləcək.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva yubiley tədbirləri münasibətilə bildirib ki, 1993-ci ildə yaradılmış rayon təşkilatı böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: "Əlbəttə ki, Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, bütün dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevə inanmasından irəli gəlir. Elə bunun nəticəsidir ki, bu gün YAP Nizami rayon təşkilatı 140-a yaxın ərazi ilk partiya təşkilatlarında 10 314 nəfəri birləşdirir. Həm partiyamızın yaradılmasının 21-ci, həm də rayon təşkilatının əsasının qoyulmasının 20-ci ildönümünün qeyd olunması üçün keçirilən tədbirlər böyük ruh yüksəkliyilə qəbul edilir".
Sədaqət Vəliyeva sonda bir daha deyib ki, YAP Nizami rayon təşkilatı hər zaman olduğu kimi bu dəfəki seçkilərdə də yüksək aktivlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB