Gömrük Komitəsində görüş keçirilib

Gömrük Komitəsində görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (ADGK) Qabon Respublikası İqtisadiyyat , İş və Davamlı İnkişaf Nazirliyinin Gömrük və Vasitəli Vergilər Baş İdarəsinin direktoru MiŞel Ondinqa Nquanquenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İlk çıxış edən komitə sədri Aydın Əliyev qonaqları salamlayaraq görüşü əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

Qonaqlara ölkəmiz haqqında məlumat verən komitə sədri bildirib ki , Azərbaycan 22 ildir ki müstəqil tarixə malikdir. Onun sözlərinə görə, Azərbaycan Ümummilli lider Heydər Əliyevin başçılığı ilə aparılan siyasət nəticəsində inkişaf edib. İki ölkə arasında oxşarlığa gəlincə A.Əliyev vurğulayıb ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir: "Hər iki ölkə arasında bir sıra ümumi xüsusiyyətlər var. İki ölkə arasında əməkdaşlıqla bağlı qərar qəbul olunub. Sizi nailiyyətlərimizlə tanış etməyə məmnun olardıq. Eyni zamanda sizə Gömrük sahəsində əldə etdiyimiz uğurları sizə təqdim edəcəyik. Səfəriniz çərçivəsində istərdik ki, ölkəmizlə yaxından tanış olasınız. Azərbaycan zəngin tarixə və mədəniyyətə malikdir. Sizi Azərbaycanın digər sahələri ilə tanış etməyə çalışacağıq".

Daha sonra çıxış edən nümayəndə heyətinin rəhbəri Mişel Ondinqa Nquanque ölkəmizə gəlməklərindən məmnunluğunu bildirib: "Düşünürük ki, Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək. Əsas məqsədimiz də elə bundan ibarətdir".

Qeyd edək ki, görüş müzakirələr əsasında davam edib. Qonaqlar həmçinin Gömrük xidmətlərinin müasirləşdirilməsi ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə