Millət vəkili:“Ermənistanın işğal etdiyi torpaqda yaratdığı rejim müstəqil dövlət atributuna malik deyil” MÜNASİBƏT

Millət vəkili:“Ermənistanın işğal etdiyi torpaqda yaratdığı rejim müstəqil dövlət atributuna malik deyil” MÜNASİBƏT

"Ermənistan heç bir halda Qondarma Dağlıq Qarabağdakı rejimini müstəqil dövlət kimi tanıya bilməz və tanımayacaq da". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Ermənistanın ölkəmizə qarşı atdığı provakasion addımlara münasibət bildərərkən deyib.

Onun sözlərinə görə, düşmən ölkə vaxtaşırı Azərbaycana müəyyən təzyiqlər etmək üçün bu cür addımlara əl atsa da, sonda qərar qəbul olunmur: "Ermənistan Qondarma Dağlıq Qarabağdakı rejiminin tanındılması ilə əlaqədar vaxtaşırı dinləmələr keçirsə də, düşmən ölkə yaxşı başa düşür ki, işğal etdiyi torpaqda yaratdığı rejim müstəqil dövlət atributuna malik deyil. Eyni zamanda Ermənistan bilir ki, onun bu addımı beynəlxalq aləmdə qınaq obyektinə çevriləcək. Yada salaq ki, Ermənistan bir müddət bundan əvvəl Azərbaycana təzyiq etmək üçün Xankəndi aeroportunun işə salınması ilə bağlı bəyanat vermişdi. Onun bu bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən pisləndi və digər beynəlxalq təşkilatlar tərəfindən qınağa səbəb oldu. Ona görə də Ermənistan heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz. Onlar bu addımlarla yalnız Azərbaycana təzyiq göstərməyə çalışırlar. Digər tərəfdən, Ermənistanın bu addımı cəmiyyyətdə millətçi əhval-ruhiyyəsi qaldırmağa hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə