Sərraf Balaxan: “Cəmil Həsənli öz havadarlarından dəstək ala bilməyib” AÇIQLAMA

Sərraf Balaxan: “Cəmil Həsənli öz havadarlarından dəstək ala bilməyib” AÇIQLAMA

"Siyasi mübarizələrdə qələbələri əsasən novator düşüncə, alternativ baxış sərgiləyən tərəf qazanır. Çünki demokratik cəmiyyətin böyük imkanlar verdiyi xalq hakimiyyətini özü formalaşdırır. Burada xalqın, elektoratın əsas diqqəti aydın missiya, vəzifə və məqsədlər müəyyən etmiş və bunun üçün mübarizə aparan liderə və onun tərəfdarlarına yönəlir. Ölkəmizdə 9 oktyabr tarixində keçirilən prezident seçkilərində biz bunun əyani şahidi olduq. Xalq verilən boş-boş vədlərə deyil, görülən işə dəyər verdi". Bunu SİA-ya YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan müxalifətin xüsusilə Demokratik Qüvvələrin Milli Şurası"nın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlinin seçkilərin nəticələri ilə barışmamasına və onun Avropada görüşlər keçirərək, ölkəmizə qarşı təxribat hazırlaması məsələsinə münasibət bildirərkən deyib.

YAP GB Ofisinin rəhbərinin sözlərinə görə, ölkəmizə ləyaqətlə və yorulmadan xidmət edən cənab İlham Əliyevə xalq növbəti dəfə böyük etimad göstərdi: "Bu seçkilər iqtidarın növbəti qələbəsi ilə yanaşı, dağıdıcı və antimilli müxalifətin ən ağır məğlubiyyəti oldu. Xalq onları bir daha əmin etdi ki, onlar siyasətdən getməli və öz postlarını yeni düşüncəyə sahib olan gənclərə həvalə etməlidirlər. Seçki artıq bitib, nəticələr həm ölkə qanunvericiliyi tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən xalqın iradəsinin ifadəsi kimi mənalandırılıb. Lakin həmişə olduğu kimi, bu dəfə də xalqın iradəsinə hörmət göstərməyən xarici qüvvələr olduğu kimi, daxili fiqurlar da vardır. Onlar xalqdan dəstək ala bilmədiklərinə görə, dəstəyi xaricdə axtarırlar, acı məğlubiyyəti həzm edə bilməyib xarici havadarlarına üz tutular. Siyasət meydanında gənclik çox böyük qüvvədir və şəffaf ideologiya olan mühitdə hər şeyə qadirdir. Bunun əyani təsdiqini Ümummilli lider Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ətrafında birləşən yüz minlərlə insanların, xüsusən gənclərin simasında görmək olar. Lakin biz Azərbaycanda özünü müxalifət adlandıran radikal qüvvələrdə bunun əlamətini belə görmürük. 20 ildir ki, ölkəmizdə gedən siyasi mübarizədə həmişə məğlub durumda qalan, bunun səbəblərini təhlil etmək əvəzinə, daha da kor-koranə addımlar atan bu radikal qüvvələr həm bioloji, həm də mənəvi cəhətdən qocalıblar. Əslində deyərdim ki, qocalmayıblar, sadəcə onlar elə 20 il bundan əvvəlki zamanda da qalıblar və zaman onların üzərindən adlayıb keçib".

Sərraf Balaxan deyib ki, bu gün köhnə təfəkkürlü müxalifətin yeni siması kimi ortaya atılan Cəmil Həsənli seçkidən sonra etdiyi xarici səfərlərdə də öz havadarlarından dəstək ala bilməyib: "Seçkidən sonra keçirdikləri birinci aksiyalarında çox az sayda tərəfdar toplamalarına baxmayaraq, bunu yenə davam etdirmək fikirləri vardır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu dəfə ki aksiyaya da icazə verilib. Məncə bu aksiyada artıq onlar siyasətdən getməyin vaxtının çatdığını etiraf etməli və səssizcə öz bacardıqları işlə məşğul olmağa başlamalıdırlar. Növbəti aksiyada iştirakçılar tərəfindən törədilə biləcək hər hansı təxribatın qarşısı təhlükəsizliyə cavabdeh olan orqanlar tərəfindən alınacaq. Oraya toplaşacaq kiçik bir qrup istənilən vasitə ilə hakimiyyəti qazanmağa cəhd edən və xarici havadarlardan dəstək alan, milli maraqlarımızı ayaqlar altında qoyan heç bir "lider"in sözünə əməl etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə