Hafiz Hacıyev: “Müxalifətin daxilindəki bəzi insanlar mənə məlumatlar çatdırırlar” AÇIQLAMA

Hafiz Hacıyev: “Müxalifətin daxilindəki bəzi insanlar mənə məlumatlar çatdırırlar” AÇIQLAMA

"Müxalifət 9 oktyabr 2013-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərindən sonra xarici dövlətlərin təlimatları əsasında onların prosedurlarını həyata keçirir və ciddi təşkilatlanma işi ilə məşğuldur". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, bu məsələ "Milli Şura"nın sabahkı iclasında da müzakirə ediləcək: "Onların daxilindəki bəzi insanlar mütəmadi olaraq mənə məlumatlar çatdırırlar. Müxalifət Azərbaycanda çox güclü şəkildə qarşıdurma yaratmaq fikrindədir. Onlar hələ də öz məğlubiyyətləri ilə barışmayıblar. Burada həm Avropa, həm Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan müəyyən qrupların, həm də erməni diasporasının əli var. Hətta ölkəmizdə qarışıqlıq yaradılmasında Rusiya da maraqlı tərəf kimi çıxış edir. Bizdə olan məlumata görə, Rüstəm İbrahimbəyov rəsmi Moskvanın bəzi dairələri və Milyarderlər İttifaqının üzvləri ilə görüşlər keçirir. Biz də çalışmalıyıq ki, ölkəmizə qarşı olan bu planların qarşısını alaq".

Bütün xəbərlər Facebook səhifəmizdə