Bakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində - Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yeni stansiyanın inşasına başlayıb. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, bu stansiya "Bənövşəyi xətt"in davamı, yəni üçüncü stansiya olacaq.
Yeni stansiya C.Məmmədquluzadə küçəsinin üzərinə düşdüyünə görə həmin küçədən keçən nəqliyyat vasitələri üçün kənardan alternativ avtomobil yolu çəkilib. Əlavə olaraq yerin altından keçən elektrik, qaz, su, kanalizasiya, rabitə xətlərinin də yeri dəyişdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB