Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilir

Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilir

Bu gün Prezident seçkilərində qələbə qazanmış İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi keçirilir. SİA-nın məlumata görə, mərasim parlamentin iclas zalında təşkil olunub. Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə