Konstitusiya Məhkəməsi İlham Əliyevin prezidentliyini təsdiqlədi

Konstitusiya Məhkəməsi İlham Əliyevin prezidentliyini təsdiqlədi

Bu gün Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolu təsdiq olunub. SİA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda hakimlər müşavirədən qayıdandan sonra Konstitusiya Məhkəməsi adından qərar elan edilib.

F.Abdullayev bildirib ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib.

Qərar elan olunduğu gündən qüvvəyə minir.

Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

İclas Azərbaycan Respublikasının dövlət himinin səslənməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə