Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda çıxış edəcək.
SAM-dan SİA-ya verilən məlumata görə, Gülmira Rzayeva cari ilin iyul – avqust aylarında Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunda "Türkiyənin daxili qaz bazarı" mövzusunda apardığı tədqiqatın yekunlarını institutun sponsoru olan Avropanın 22 nəhəng enerji şirkətlərinin nümayəndələrinə təqdimatını keçirəcək.
Qeyd edək ki, tədqiqat işi oktyabr ayının sonunda institutun internet səhifəsində paylaşılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB