Nərimanov rayon gəncləri prezident İlham Əliyevi təbrik edib

Nərimanov rayon gəncləri prezident İlham Əliyevi təbrik edib

Nərimanov rayon gəncləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Çox hörmətli Cənab Prezident!

Sizi böyük qələbə qazanmağınız münasibəti ilə təbrik edirik.

Sizin rəhbərliyiniz sayəsində dünyanın idman nəbzi Bakıda döyünür. Paytaxt Bakı Beynəlxalq yarışların, Dünya və Avropa çempionatlarının, Olimpiya oyunlarının, lisenziya turnirlərinin keçirildiyi mərkəzə çevrilib. Son 10 ildə Bakı 300-dən çox beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin beynəlxalq yarışlarda qazanılan uğurların tərəfinizdən qiymətləndirilməsi və idmançılara göstərdiyiniz xüsusi diqqət bizi daha da ruhlandırır.

Sizi xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq, parlaq qələbə ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Bakı şəhəri Nərimanov rayon gəncləri və idman ictimaiyyəti adından təbrik edir, Sizə möhkəm can sağlığı, bu şərəfli və ali işinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov"

Bütün xəbərlər Facebook səhifəmizdə