Estoniya Respublikasının prezidenti İlham Əliyevi təbrik edib

Estoniya Respublikasının prezidenti İlham Əliyevi təbrik edib

Estoniya Respublikasının prezidenti Toomas Hendrik İlves Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: Zati-aliləri, əziz Prezident!

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi və ən səmimi arzularımı sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli yüksək əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirəcəyik.

Əziz həmkarım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə