Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın məlumatına görə, Rusiya Federasiyasının Prezidenti dövlət başçısını prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib, xalqımızın rifahı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin gələcək illərdə daim möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB