MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb. MSK sədri Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.

Ən yüksək aktivlik 83 faizlə 1 saylı Şərur-Sədərək Seçki Dairəsində, ən aşağı isə 61,16 faizlə 15 saylı Yasamal I Seçki Dairəsində qeydə alınıb. Paytaxt üzrə ən yüksək fəallıq isə 80,02 faizlə 10 saylı Binəqədi II Seçki Dairəsində müşahidə olunub.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə