Ombudsman: "Seçkilərin keçirilməsi ilə bağlı heç bir şikayət almamışıq"

Ombudsman: "Seçkilərin keçirilməsi ilə bağlı heç bir şikayət almamışıq"

"Bu saata qədər 30-dan çox seçki məntəqəsində müşahidə aparmışıq. Ancaq təmsil etdiyim quruma bir şikayət belə daxil olmayıb". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də görüşlər zamanı seçkilərin təşkilindən və gedişatından razı qaldıqlarını ifadə ediblər: "Azərbaycanda keçirilən prezident seçkiləri sakit və demokratik şəraitdə davam edir. Bu, yalnız bizim fikrimiz deyil. Eyni zamanda, beynəlxalq müşahidəçilərlə görüşlərimiz zamanı da bu faktın şahidi olduq. Müşahidəçilər seçki prosesini yaxından izləyir, ən incə məqamlara belə diqqətlə yanaşırlar. Lakin onlar da seçki prosesinin gedişatından razı qalıblar. Azərbaycanda demokratiyanın inkişafını yüksək qiymətləndirən müşahidəçilər müşahidə zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını diqqətimizə çatdırırlar. Hətta bəzi xarici nümayəndələr müşahidə missiyasını yerinə yetirən zaman Azərbaycandan bir çox şeylər də öyrəndiklərini dedilər. İsveç, ABŞ, Pakistan və İspaniyadan olan xarici nümayəndələr deyiblər ki, seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan təcrübəsindən çox nümunə götürdülər".

Bütün xəbərlər Facebook səhifəmizdə