Xəzər rayonunun seçiçiləri xüsusi fəallıq göstərirlər

Xəzər rayonunun seçiçiləri xüsusi fəallıq göstərirlər

Ölkəmizdə prezident seçkiləri keçirilir. Xəzər rayonunun əhalisi seçkilərdə xüsusi fəallıq göstərirlər. 14 saylı Xəzər dairə seçki komissiyasının sədri İmran Qənbərovun SİA-ya verdiyi məlumata görə, saat 12:00-dək Xəzər rayonunun 47102 seçicisindən 21116 nəfəri seçkilərdə iştirak edib. Bu isə seçiçilərin 44,8 faizini təşkil edir. Qeyd edək ki, 14 saylı Xəzər dairə seçki komissiyasının 34 açıq , 5 qapalı məntəqələrində 623 yerli, 8 beynəlxalq müşahidəçi seçkinin gedişatını izləyib. Heç bir məntəqədə qanun pozuntusuna yer verilməyib".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə