Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. SİA-nın məlumatına görə, MSK sədri 9 saylı Binəqədi II Seçki Dairəsində səs verib.
Junalistlərin suallarını cavablandıran MSK sədri bildirib ki, seşici fəallığı prezident seçkiləri üçün kifayət qədər yüksəkdir: "Bu göstərici bizi tam qane edir. Bu, günün birinci yarısına qədər olan normal fəallıqdır".
Seçki məntəqələri və dairələrindən hansısa şikayətlərin daxil olmasına münasibət bildirən M.Pənahov qeyd edib ki, müxtəlif xarakterli müəyyən müraciətlər daxil olsa da, MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi qanun pozuntusu rəsmi şəkildə daxil olmayıb: "Biz operativ şəkildə bütün dairələrlə həmişə əlaqə saxlayırıq. Bir belə hal olub ki, seçki məntəqəsinin birində vətəndaş KİV adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bizə bəzi məlumatlar gəlib ki, bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə ki, bu, bizə bir az təccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur".
MSK sədri deyib ki, ümumiyyətlə bir seçiciyə birdən çox bülletenə toxunmağa icazə verilmir: "Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi bizim tərəfimizdən çox ciddi araşdırılacaq".
Beynəlxalq müşahidəçilərin fəaliyyətinə münasibət bildirən M.Pənahov qeyd edib ki, hələ rəsmi şəkildə rəy bildirmək əlbəttə ki, tezdir: "Lakin bizim əldə etdiyimiz məlumatlara görə, beynəlxalq müşahidəçilər Azərbaycanın bütün regionlarında seçki məntəqələrində olurlar və yəqin ki, fikirlərini seçkilərdən sonra bildirəcəklər. Bildiyiniz kimi, beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çoxdur və biz bunu alqışlayırıq. Bu onu gösətirir ki, Azərbaycana böyük maraq var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB