Qaradağda müşahidəçilər seçki prosesinin şəffaflığından danışır FOTOLAR
Bu gün Azərbaycanda 9 oktyabr Prezident seçkiləri günüdür. SİA-nın məlumatına görə, seçkilərə ölkəmizin bütün yerlərində paytaxt Bakı da daxil olmaqla səhər saat 08:00-dan etibarən start verilib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası üzrə 11 saylı seçki məntəqəsində artıq seçicilərin fəallığı müşahidə olunur. 1466 seçicidən 800 nəfərin səs verməsi gözlənilir. Saat 10:00-a qədər artıq 250 nəfər səs verib. Məntəqədə yerli müşahidəçilərlə bərabər, xarici müşahidəçilər də seçki prosesini mütəmadi izləyirlər. Bütün seçicilərə hər cür şərait yaradılıb. Məntəqədə 1 ədəd veb-kamera quraşdırılıb.
Onu da qeyd edək ki, ötən illərə nisbətən builki, seçkilərdə məntəqələrə quraşdırılan veb-kameraların sayı daha çoxdur.
Xarici müçahidəçilər seçki prosesi ilə bağlı təəssüratlarını SƏS TV ilə bölüşüb:

Adeel Haji Mohammad: "Biz seçki prosesini izlədikdə artıq bizdə belə bir təəssürat yaranır ki, qalib İlham Əliyevdir. Mən burada seçki prosesinin hər bir anına diqqət yetirdikdə, buna bir daha əmin oluram. Seçkilər son dərəcə şəffaf və demokratik şəraitdə keçirilir".

Aurangzeb Tahira: "Seçicilərin çox sərbəst müəyyən olunmuş məntəqələrə gələrək öz istədikləri namizədə səs verməsinin şahidi oldum. Heç bir seçiciyə hər hansı bir formada müdaxilə olunmur. Bu da bir daha göstərir ki, Azərbaycanda seçicilər müstəqil şəkildə səs verirlər".

Mashhadi Syed Tahir Hussain: "Azərbaycanda olduğum müddətdə ölkənizi firəvan, insanlarınızı mehriban gördüm. Seçki günü isə bu əhval-ruhiyyənin daha yüksək olduğunun şahidi oldum. Müşahidə prosesində mən bir daha əmin oldum ki, Azərbaycanda azad, demokratik seçki mühiti var. Həmçinin seçicilərlə söhbət zamanı şahidi oldum ki, İlham Əliyev xalqının qəlbində böyük məhəbbətə nail olub".

Ali Hahi Gulam: "Seçkilər çox demokratik keçir. Seçicilər də səhər saatlarından etibarən məntəqələrə gəliblər. Artıq saat 10:00-dan sonra seçicilərin daha çox məntəqələrə gəldiyinin şahidi oldum. Bu da onu göstərir ki, Azərbaycan seçiciləri növbəti 5 ilə seçəcəkləri prezidenti müəyyən ediblər. Mən bir müşahidəçi kimi onlarla söhbət əsnasında İlham Əliyevə olan məhəbbətlərini hiss etdim".
Seçicilərlə söhbət zamanı onların da fikirlərini aldıq.

Səmayə Əsədova: "Məni burada çox gözəl ab-hava ilə qarşıladılar. Beləcə, istədiyim namizədə səsimi verdim. Ümid edirəm ki, səs verdiyim namizəd xalqımızın düzgün seçimi ilə üst-üstə düşən namizəddir".

Məmməd Həsənov: "Səsvermə prosesi çox gözəl keçir. Mən hər kəsdən bir ağsaqqal kimi xahiş edirəm ki, öz seçimlərini düzgün etsinlər. Çünki bugünkü firəvanlıq xaricdən gələn qonaqların belə sevincinə səbəb oldu. Onlar da ölkəmizdə keçirilən seçki prosesinin şəffaflığı ilə tanış oldular. Səhər saat 08:00-dan başlanan seçki tam sakit və maneəsiz keçir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB