Nəsimidə seçki prosesi davam edir FOTO

Nəsimidə seçki prosesi davam edir FOTO

Azərbaycanda prezident seçkilərində vətəndaşların səsvermə prosesi davam edir. SİA-nın məlumatına görə, 22 saylı Nəsimi II Dairə Seçki Komissiyasının 6 saylı seçki məntəqəsində seçicilər səsvermədə iştirak edirlər.

6 saylı seçki məntəqəsinin sədri Xatirə Əhmədova vurğulayıb ki, 1311 nəfər seçici siyahısında qeydə alınıb: "Bu siyahıda əvvəl 1322 nəfər olub. Lakin sonradan müəyyən səbəblərə görə, onlardan 11 nəfər qeydiyyatdan çıxıb. Bu saata qədər seçicilərin fəallığı nümayiş olunur. İnsanlar həvəslə seçkilərdə iştirak edirlər. Xarici müşahidəçilər özləri də seçki prosesini izləyir və qiymətləndirirlər. Bu saata kimi səsvermədə hansısa problemlə qarşılaşmamışıq. Proses qaydalara uyğun, demokratik şəraitdə keçirilir".

Səsverməyə gələn vətəndaşlar seçki prosesi ilə bağlı yaradılan şəraitdən məmnun qaldıqlarını dedilər. Onlar şəffaf şəraitdə keçirilən seçki prosesində heç bir problem yaşamadıqlarını, rahatlıqla səs verdiklərini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə