“Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupu “Park Bulvar”-ı qırmızıya “boyadı”
"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun Park Bulvar AVM-də həyata keçirdiyi "Mənim Prezidentim günləri" kampaniyası artıq yekunlaşıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Təşəbbüs Qrupu möhtəşəm bir bağlanış mərasimi keçirərək, Park Bulvar AVM-ni bütünlüklə qırmızı rəngə "boyayıb". Belə ki, bir qrup gənc Təşəbbüs Qrupunun üzvləri AVM-nin ziyarətçilərinə qırmızı zərflərdə arzular çatdırıblar. Tədbir çərçivəsində gənclər Tünzalə Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" himninin sədaları altında əllərindəki qırmızı lentlərlə rəqs ediblər. Sonda 400 gənclər əllərindəki qırmızı lenltəri dörd mərtəbədən aşağı sallayaraq AVM-nin mərkəzini bütünlüklə qırmızı "yağışa boyayıblar".
Xatırladaq ki, Park Bulvar AVM-də "Mənim Prezidentim" günləri 9 sentyabr 2013-cü ildə başlayıb. Bir aya yaxın müddətdə Təşəbbüs Qrupu AVM-də bir sıra kampaniyalar həyata keçirib. Bunlardan ilki kampaniyanın açılış mərasimində məşhurlarla görüş olub. "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupuna dəstək olan bir çox məşhur simalar bir araya gələrək həm gənclərlə görüşüb, həm də "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupuna dəstəklərini bir daha göstəriblər. Bundan əlavə, Təşəbbüs Qrupu fəaliyyəti çərçivəsində "Azərbaycanım inkişafı -10 il" fotosərgisi keçirilib. Təşəbbüs Qrupu həmçinin "Mənim Prezidentim"-ə sual kampaniyası keçirərək, gənclərin Prezident İlham Əliyev cənablarına sual ünvanlamaqları üçün şərait yaradıb. Keçirilən kampaniyaya eyni zamanda "Mənim Prezidentim"-in 10 illik fəaliyyəti ilə bağlı müsabiqələr də aiddir.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezidentimizin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB