Cəlilabadlı seçicilər İlham Əliyev siyasətini dəstəkləyir FOTOLAR

Cəlilabad rayonunda Yeni Azərbaycan Partiyasından ölkə prezidentliyinə namizəd cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat tədbirləri davam edir. Bu tədbirlər çərçivəsində növbəti görüş dünən rayonun Üçtəpə və Əliqasımlı kəndlərinin seçicilərilə keçirildi. YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 10 il müddətində ölkəmizdə gedən sıçrayışlı inkişaf barədə ətraflı söz açdı, ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması və digər vacib məsələlər barədə əsas məqamları iştirakçıların diqqətinə çatdırdı. İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında cənab İlham Əliyevin böyük rolu, diqqət və qayğısını xüsusi vurğuladı və seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırdı.

Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov, habelə Azərbaycan Respublikası Prezidenti Yanında İdarəetmə Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun Direktoru, siyasi elmlər doktoru, professor, görkəmli politoloq Elman Nəsirov da cənab İlham Əliyevin Azərbaycan respublikasının prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması haqqında danışdılar. Bildirildi ki, Azərbaycanın inkişaf etməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət alması, insanlara göstərilən gündəlik diqqət və qayğı, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasın xüsusi önəm verilməsi Dövlət başçısının daima diqqət və qayğısındadır. Bunların davam etdirilməsi üçün natiqlər bütün seçiciləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüşlərdə çıxış edən kənd Ağsaqqalları Nəcəf Muradov, Hacıbala Seyfullayev, həkim Rəsul Məlikov, Şair Salman Yarıyev, Baxça müdiri Qiymət Salmanova və habelə Əlqasımlı kəndə də müəllimlər Sahib Alhümbətov və Saleh Abbasov, kənd ağsaqqalı Rahib Həsənov və

başqaları çıxış edərək, cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini qeyd etməklə, onu Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığlarını bildirərək oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini qeyd etdilər.

Taleh Bağırov, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə