“Ölkə başçısının jurnalistlərin dostu seçilməsi reallığı əsk etdirən addımdır”
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) media nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində Prezident İlham Əliyev Jurnalistlərin dostu seçilib. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Bu barədə SİA-ya açıqlama verən mətbuat kapitanları dövlət başçısının jurnalistlərin dostu seçilməsini məntiqli nəticə kimi qiymətləndiriblər.
.jpg)
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsi, böyük nailiyyətdir. Jurnalistlərin dostu olmaq çox çətin bir işdir. Hətta vaxtilə Ulu öndər Heydər Əliyev bu ada layiq görüləndə bunu çətin bir iş kimi xarakterizə etmişdi. Ölkə başçısının jurnalistlərin dostu adına layiq görülməsini onun mətbuatın inkişafı ilə bağlı gördüyü işlərin nəticəsi kimi qiymətləndirmək olar. Bu il jurnalistlər MDB məkanında və dünyada analoqu olmayan bir mükafat aldılar. 156 jurnalist prezidentin dəstəyi ilə evlə təmin olunub. Bundan əlavə, ölkə başçısı jurnalistlərdən birinin müalicəsini öz öhdəliyinə götürdü və nəticə uğurlu oldu. Media sahəsində görülən işlərin sayı hesabı yoxdur. Bütün bunlar göstərir ki, jurnalistlərin bu seçimi həqiqidir. Ölkə başçısı gördüyü işlərə görə bu ada layiqdir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Şübhəsiz ki, fərqli bir seçim ola da bilməzdi. Çünki ölkə başçısının mətbuatının inkişafına göstərdiyi diqqət və qayğı göz qabağındadır. Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişaf Konsepsiyasının qəbul edilməsi və KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafına dair atılan mühüm addımlardır. Bundan əlavə, Prezident İlham Əliyev mətbuatın inkişafı ilə bağlı kifayət qədər ciddi addımlar atıb, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Azərbaycan prezidenti mətbuata xüsusi qayğı ilə yanaşır. Bütün bunlar jurnalistlər tərəfindən yüksək qiymətləndirilir və Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsi üçün birmənalı əsas yaradır. Mən də daxil olmaqla, sorğuda iştirak edən media nümayəndələrinin ölkə başçısını jurnalistlərin dostu adına layiq görməsi məntiqəuyğun və reallığı əsk etdirən bir addımdır. Bu, mövcud vəzyyətin obyektiv şəkildə dəyərləndirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB