Prezident İlham Əliyev Şabranda bir neçə obyektin açılışında iştirak edib
Bu gün Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bəndin üzərində xatirə şəkli çəkdiriblər.
Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak ediblər.
Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısı İlham Əliyevə energetika qurğusu barədə məlumat verib. Qeyd olunub ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılıb.
Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb. Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlanıb.
.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB