Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülən cənab İlham Heydər oğlu Əliyevin Oğuz rayonu üzrə seçki qərargahı təbliğat və təşviqat kampaniyasını davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Oğuz rayonu Baş Daşağıl kəndində seçicilərlə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində qazanılan uğurlardan danışıb. Bildirib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm qələbələr qazanıb. Bu qələbələrin əsas amillərindən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlaşmasıdır: "Bugünki seçki kampaniyasına da təşkilatımız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat işini yüksək səviyyədə davam edirir".
S.Məhərrəmov seçkilərdə bütün seçiciləri məntəqələrə gələrək partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, Baş Daşağıl kənd tam orta məktəbin direktoru Nadiyyət Dadayeva, həmin məktəbin müəllimi İkram Səmədov və kənd sakini Filyar Məmmədova öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, həyata keçirilən sosial ləyihələrdən, respublikamızda və rayonumuzda görülən abadlıq işlərindən danışıblar.
Çıxış edənlər bildiriblər ki, 9 oktyabrda keçiriləcək seçkilərdə bütün oğuzlular hamılıqla YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB