Kəlbəcərlilərin seçimi bəllidir

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı təbliğat- təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Gəncə şəhərində və Goronboy rayonunda qaçqın və məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə silsilə tədbirlər keçirilib.

Görüşdə Ağsaqqallar şurasının üzvü, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov və rayon ictimaiyyəti iştirak edib.

Qənbər Qurbanov çıxışında bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahına, ölkəmizin dünyada nüfuzunun yükəlməsinə səbəb olan və xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq məfkurəsi qarşıdakı böyük gələcəyimizdə də həyatımızın ayrılmaz fəlsəfəsi olacaq. Çünki bu fəlsəfəni yaşadan və onu daha da dərinləşdirən, planetar düşüncəli lider olan cənab İlham Əliyev yenidən Azərbaycanın dövlət başçısı olacaq. Hakimiyyətin mənbəyi olan Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində yenə də ədalətli və uzaqgörən qərar verərək cənab İlham Əliyevə etimad göstərəcək.

"Cənab İlham Əliyevin gördüyü işlər ən böyük təbliğatdır" -deyən, Akif Əsgərov bütün görüşlərdə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə dəstək olmağa, bununla da hər kəsi Azərbaycanın gələcək inkişafının davamına töhfə verməyə dəvət edib.

Çıxış edən bütün seçiçilər 9 oktyabrda xalqın layiqli namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə