İlham Əliyev Lordlar Palatasının üzvünü qəbul edib

İlham Əliyev Lordlar Palatasının üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə