Elmar Məmmədyarov Filippo Qrandi ilə görüşüb

Elmar Məmmədyarov Filippo Qrandi ilə görüşüb

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınlarının vəziyyətinin yaxşılaşdırılması və onların işi üzrə agentliyinin Baş katibi və Baş komissarı Filippo Qrandi ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Filippo Qrandi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barəsində məlumat verərək, əsas məqsədlərinin fələstinli qaçqınlara yardım edilməsi və bu sahədə əməkdaşlığın əlaqələndirilməsi olduğunu bildirib və Azərbaycanın təşkilata töhfəsinin yüksək qiymətləndirildiyini vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq səviyyədə etdiyi humanitar yardımları barəsində ətraflı məlumat verərək, Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və onun fəaliyyəti haqqında danışıb və birgə əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə