Cümşüd Nuriyev: “Ələkrəm Hümbətov öz şəxsi maraqları naminə hər şeyini satmağa hazırdır” MÜNASİBƏT

Cümşüd Nuriyev: “Ələkrəm Hümbətov öz şəxsi maraqları naminə hər şeyini satmağa hazırdır” MÜNASİBƏT

"Eldəniz Quliyevin Ələkrəm Hümbətovu müdafiə etməsi o deməkdir ki, "Milli Şura" Azərbaycanda qarşıdurma yaratmaq, milli seperatizmi qızışdırmaq, eyni zamanda onların dili ilə desək, Suriya hadisələrini ölkəmizə gətirmək istəyir". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev Ələkrəm Hümbətovun Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ələkrəm Hümbətovun İrəvana getməsi və orada Şərqşünaslıq fakultəsində talış bölməsinin açılması siyasi təxribatdan başqa bir şey deyil: "Dünyada talış dili heç bir siyahıya düşməyib. Bu, növbəti təxribatın hazırlanmasından xəbər verir. Çünki Ermənistan həddindən artıq siyasi cərimə içindədir. Onlar xalqın iradəsi ilə ölkə başçısı İlham Əliyevin yenidən prezident seçiləcəyindən çox narahatdırlar. Məhz buna görə də onlar ölkə daxilində qarşıdurma yaratmaq istəyirlər. Vay "Milli Şura"nın halına ki, onun aparıcı adamı Eldəniz Quliyevdir. Bu, müxalifətin faciəsi deməkdir. Eldəniz Quliyev Azərbaycanda açıq şəkildə seperatçılıqla məşğuldur. Ələkrəm Hümbətov öz şəxsi maraqları naminə nəinki Azərbaycan dövlətini, hər şeyini satmağa hazırdır. O, şeytanla müqaviləyə girən insanlardandır. Burada acınacaqlı hal onun ölkədən idarə olunmasıdır. Eldəniz Quliyev Cəmil Həsənliyə arxadan zərbə vurdu. Bunun başqa adı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə