Politoloq: “ABŞ Böyük Britaniya nümayəndələrinin Dağlıq Qarabağa getmək niyyətləri baş tutmadı" AÇIQLAMA
"İstər Kaliforniya, istərsə də istərsə də Böyük Britaniya parlamentarilərinin Dağlıq Qarabağa getmək niyyətləri baş tutmadı". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu hər iki ölkə nümayəndələrinin Dağlıq Qarabağa səfərləri ilə bağlı verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə hər iki ölkə nümayəndələrinin səfəri təxribat xarakteri daşıyırdı: "Səfərin baş tutmamasına əsəs səbəb səfirlərin buna müdaxiləsi olub. Hər iki ölkənin nümayəndə heyətinin Dağlıq Qarabağa səfərlərinin pozulması o deməkdir ki, hansısa qüvvə bunun üzərində işləyir. Belə ki, onların səfərləri təxirə salındı və görüş İrəvanda reallaşdı. Hər iki səfər xüsusilə hazırlansa da, son anda pozuldu. Bu da onu göstərir ki, həm İngiltərə, həm də ABŞ Azərbaycan üçün önəmli bir dövrdə ölkəmizi, xüsusən də ali siyasi rəhbərimizi dəstəkləyir. Hazırki vəziyyətdə isə bu, bizim üçün mühüm əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB