ATƏT-in Bakı Ofisinin rəhbəri seçki öncəsi vəziyyəti dəyərləndirib

ATƏT-in Bakı Ofisinin rəhbəri seçki öncəsi vəziyyəti dəyərləndirib

"Prezidentliyə namizədlərin müraciətlərinin qəbulu, dəyərləndirilməsi və təsdiqi şəffaf şəkildə həyata keçirildi. İki namizədin müraciəti ilə bağlı problemlər olsa da, onlara hüquq çərçivəsində baxılacaq". SİA-nın məlumatına görə, bunu açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib.

K. Tarqay əlavə edib ki, təmsil etdiyi təşkilat rayonlarda da bir sıra görüşlər keçirib: "Eyni zamanda 125 Dairə Seçki Komissiyasının sədrləri ilə danışıqlarımız olub. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək seçkilər dünyaya örnək olacaq".

Hazırkı seçki şəraitini dəyərləndirən K. Tarqay bildirib ki, ölkədə seçki kampaniyası üçün hər cür imkan yaradılıb, mitinqlər üçün yerlər də ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə