Biləsuvar rayonunun Nərimankənd və Nəsimi kəndlərində təbliğatçılarla seçicilərin görüşü olub. Görüşdə Milli Məclisin deputatı iqtisadi elmləri doktoru, professor Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Fikrət Cahangirov iştirak ediblər.
Seçicilərlə görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq ölkə Prezidenti Cənab İlham Əliyevin Respublikaya rəhbərlik etdiyi müddətdə qazanılan nailiyyətlərdən söz açdı. Natiq qeyd edib ki, Cənab İlham Əliyevin Respublikaya növbəti dəfə Prezident seçilməsi Azərbaycanın gələcək 5 ildə daha möhtəşəm qələbələrə aparacaqdır. Görüşdə Millət Vəkili Xanhüseyn Kazımlı çıxış edərək ölkə rəhbəri Cənab İlham Əliiyevin son 10 il ərzində respublikada həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan söhbət açdı.
Natiq daha sonra qeyd etdi ki, bu uğurlu siyasət Azərbaycan xalqının rifahına yönəldilmişdir. Eyni zamanda, görüşdə siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov çıxış edərək ölkə Prezidentinin uğurla həyata keçirilən sosial proqramlardan söhbət açdı və bu fikirlərini tarixi faktlarla əsaslandırdı. Ölkə rəhbərinin xarici siyasətinin bəhrəsindən danışdı. Görüşdə filologiya elmləri doktoru, professor Fikrət Cahangirov 10 il ərzində Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm, təhsil, gənclər siyasəti və ölkədə idmanın inkişafına yönəldilən və bu siyasətin uğurlu nəticəsindən söhbət açdı. Görüşdə Nərimankənd kəndinin sakinlərindən Təvəkkül Nuriyev, Əlixan Vəliyev, Xudu Poladov, Nəsimi kəndinin seçicilərindən təqaüdçü Hazarxan Əliyev, müəllim Anar Qasımov, torpaq mülkiyyətçisi Xudayar Qulamov çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi siyasəti dərindən bəyəndiklərini və 09 oktyabr 2013-cü il tarixdə kənd seçicilərinin məhz Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər. Görüşün sonunda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev tədbirə yekun vuraraq əmin olduğunu bildirdi ki, Nərimankənd və Nəsimi kəndinin seçiciləri 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi xalqın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.
YAP Şamaxı rayon təşklatının seçki qərargahının təşviqat qrupu qrafik üzrə təhsil, səhiyyə işçiləri ilə görüşmüş o cümlədən Mədrəsə və Kərkənc kəndlərində olmuş və iki kənd üzrə 400 nəfər seçicilə görüşmüşlər. Görüşlərdə Slovyan Universitetinin rektoru Kamal Abdullayev, Dövlət İdarəetmə Akademiyasının prorekroru Əlikram Abdullayev iştirak etmişlər. Təbliğat qrafik üzrə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB