Kürdəmir rayonunda Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. Belə ki, rayonun şəhər poliklinikası, Şirvan qışlaqlarının su təminatı idarəsi, rayon mədəniyyət Şöbəsinin kollektivləri və rayon 1 saylı məntəqənin ərazisini əhatə edən seçicilərlə görüş keçirilmişdir. Seçicilərlə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi olan Cənab İlham Əliyevə səs verməyə çağırıb. O, çıxışında 10 il ərzində YAP-ın namizədi Cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, 10 ildə Azərbaycanda, eləcə də Kürdəmirdə görülən abadlıq-quruculuq işlərindən danışaraq, bu seçkilərdə də seçicilərin alternativsiz namizədi olan İlham Əliyevə bir daha səs verməyə çağırdı.
Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, Zemfira Zərbalıyeva, təbliğat qrupunun üzvləri Sabir Novruzov, Zahid Əhmədov, Vaqif Alıyev, Yaqut Əşrəfova və digərləri ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Onlar vurğulayıblar ki, övladlarımızın işıqlı sabahları, nurlu və sağlam gələcəkləri yalnız və yalnız Cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB