Yevlax şəhərinə 2 milyon manat ayrılıb

Yevlax şəhərinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə