Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı partiyanın namizədi cənab İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına uğurla qatılıb. Belə ki, partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva verdiyi açıqlamasında vurğulayıb ki, rayon ərazisində mövcud olan 46 məntəqədən 350 YAP fəalı aksiyada iştirak edib. Fəallar cənab İlham Əliyevin namizədliyini təşviq edən şəkilləri xüsusi ayrılmış löhvələrdə yapışdırıblar.
Ş.Abdullayeva bundan sonrada təşviqat işlərində əzm və qətiyyətlə çalışacaqlarını bildirib və qeyd edib ki, Azərbaycan xalqının böyük əksəriyyəti hər zamankı kimi, İlham Əliyevin namizədliyini dəstəkləyəcək: "9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olacağıq. Çünki Azərbaycanın daha uğurlu və daha parlaq gələcəyi ölkəmizin ərazi bötövlüyünün bərpa edilməsinə, respublikamızın bütün sahələrdəki tərəqqisinə doğru atılmış addım kimi dəyərləndirilir. Təbii ki, öz gələcəyini düşünən xalq, öz seçimini də doğru etməlidir. Bu seçim isə təkdir – İlham Heydər oğlu Əliyev!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB