"Rüstəm İbrahimbəyov qeyri-ciddi adamdır. Ola bilsin ki, o yaxşı kino mütəxəssisidir, amma siyasətdə o nəinki naşıdır, hətta qeyri-ciddi bir insandır". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov radikal müxalifətin, xüsusilə Rüstəm İbrahimbəyovun tutduğu mövqeyə münasibət bildirərkən deyib.
YAP-ın Sədr müavininin sözlərinə görə, Rüstəm İbrahimbəyovun son bəyanatları da onu göstərir ki, həmin insan sözün əsl mənasında qeyri-ciddi adamdır: "Müxalifətin Rüstəm İbrahimbəyovun iştirakı ilə acınacaqlı vəziyyətə düşməsinə gəlincə deyə bilərəm ki, əgər insan aldanmaq istəyirsə, o mütləq aldanacaq. Eləcə də insan pis vəziyyətə düşmək istəyirsə, elə də olacaq. Bu mənada hesab edirəm ki, əgər müxalifət aldanmaq istəyirdisə, artıq bu, baş verib. Burada başlıca günahkar isə elə müxalifətin özüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB