ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən və Amerikanın Erməni Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Ermənistana və ölkəmizin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, sentyabrın 15-dən 24-dək davam edəcək səfər çərçivəsində Ermənistanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmək və Dağlıq Qarabağa səfər etmək niyyətindədirlər.
Nümayəndə heyətinin tərkibinə Kaliforniya ştatının qanunverici orqanının nümayəndələri və Los Anceles Şurasının üzvləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB