Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naftalan şəhərinə gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verib. Bildirilib ki, ümumi ərazisi 4 hektar olan bu istirahət məkanında fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB