Musa Quliyev: “Kross qaçışına təsadüfi qoşulanlar yavaş-yavaş sıradan çıxır”
" "El" hərəkatı və "Milli Şura" yarananda bu qurumların iflasa uğrayacağını və Azərbaycanın ictimai-siyasi həyatında heç bir rol oynaya bilməyəcəyini proqnozlaşdırmışdıq və bunu ictimaiyyətə söyləmişdik". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev "Milli Şura" adlı qurumda parçalanmalara münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu qurum daxilində parçalanmalara səbəb, onların sağlam ideya ətrafında formalaşmamasıdır: " "Milli Şura"da toplaşan radikal qüvvələr özlərini yeni formada cəmiyyətə təqdim etmək və seçki ilində müəyyən dividentlər qazanmaq, seçkidən sonrakı dövrdə isə özlərini reabilitasiya etmək üçün bu qurumu yaradıblar. Ona görə də finişə yaxınlaşdıqca kross qaçışına təsadüfi qoşulanlar yavaş-yavaş sıradan çıxır".
Musa Quliyev bildirib ki, "El" hərəkatı və "Milli Şura" yarandığı gündən iflasa məhkum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB