Tahir Kərimli: “Heç vaxt inana bilmərəm ki, Cəmil Həsənli...” AÇIQLAMA
"Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayandan sonra hər şey açıq-aşkar ortada idi. Belə ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli məğlub olacaqlarını bilərək, qaçılmaz məğlubiyyətlərini Cəmil Həsənlinin üzərində qurmağa çalışdılar". Bunu SİA-ya Vəhdət partiyasının sədri Tahir Kərimli "Milli Şura"nın namizədi Cəmil Həsənlinin hansı xüsusiyyətlərə görə prezident seçilə bilməz məsələsinə münasibət bildirərkən söyləyib.
Partiya sədrinin sözlərinə görə, bu insanlar elə indinin özündə də, oktyabrda keçiriləcək prezident seçkilərində də uduzacaqlar: "Hələ AXCP-nin razılığı olmadan Cəmil Həsənlinin Azərbaycan Milli Məclisində deputat olmasına görə, partiya onu istefa verməyə məcbur etmişdi. Bütün bunlar onu göstərir ki, bu insanın prezident seçkilərində uğur qazanması mümkün deyil. Onların şansları İlham Əliyevin seçkilərdə qalib gəlmək şanslarından çox cüzidir. Bu məsələ müqayisə oluna da bilməz. Heç bir zaman inana bilmərəm ki, Cəmil Həsənli və digərləri 5-10 faizdən artıq səs toplaya bilsin. Bunların işləri və peşələri sadəcə olaraq müxalifətçilik xatirinə müxalifətçilikdir. Biz dəfələrlə, hətta illərlə şahidi olmuşuq ki, müxalifət gurultulu bəyanatlar verib. Amma bunun da heç bir səmərəsi olmayıb. Bütün bunlar söz oyunundan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB