Səfir: “Münaqişə mümkün qədər tez həll olunmalıdır”

Səfir: “Münaqişə mümkün qədər tez həll olunmalıdır”

"Qoşunların təmas xəttində açılan atəş nəticəsində mülki vətəndaşların həlak olması böyük faciədir. Bu səbəbdən hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hər iki tərəfdən mülki vətəndaşların bu münaqişənin qurbanı olması yolverilməz haldır.

Səfir həmçinin ATƏT-in Minsk Qrupuna yeni təyin edilən amerikalı həmsədr Ceyms Uorlikin regiona səfəri məsələsinə də toxunub: "Mən onu çox yaxşı tanıyıram. O, çox təcrübəli diplomatdır. Çox kreativ insan olduğuna görə, əminəm ki, yeni ideyalarla prosesə öz töhfəsini verəcək. Biz yeni həmsədr Ceyms Uorlikin Cənubi Qafqaza səfərini səbirsizliklə gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə