Dövlət başçısı Salyanda Bayraq Meydanında olub

Dövlət başçısı Salyanda Bayraq Meydanında olub

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. SİA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanıb, avqustda başa çatdırılıb.

Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilib. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir. Meydanın ərazisində istirahət parkı da salınıb. Azərbaycan Prezidenti parkın ərazisini gəzib.

Bildirilib ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilib. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü "Buta" və iki "Lalə" inşa olunub. Burada geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulub, oturacaqlar qoyulub. Parkda uşaq-əyləncə qurğuları quraşdırılıb.

Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə