Vüqar Bayramov: "Azərbaycanın əsas hədəfi Qafqaz və Orta Asiyada lider ölkə olmaqdır"
İqtisatçı ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Vüqar müəllim, cənab Prezidentin maaşların artırılması ilə bağlı müvafiq sərəncamı imzalamasının sizcə, əhalinin rifahının yaxşılaşdırılmasında nə kimi xidmətləri olacaq?
- Təbii ki, əməkhaqqı və pensiyaların artması əhalinin rifahını yaxşılaşdıracaq. Bizim qiymətləndirmə sistemində balansın qorunması vacibdir. Mən bir ekspert kimi əməkhaqqının artırılmasının tərəfdarıyam. Eyni zamanda əməkhaqqının artırılması real bir addım olmalıdır. Yəni, əməkhaqqı artımı infilyasiya tərəfindən yeyilməməlidir. Qərarın düzgün məqamda verildiyini düşünürəm. Onu da bildirmək istəyirəm ki, əməkhaqları artımında qeyd edilən faiz balanslaşdırılmış faizdir. Bu da vətəndaşların əməkhaqlarının mərhələlərlə artmasına gətirib çıxarır. Bildiyiniz kimi, son əməkhaqqı artımından sonra Azərbaycan MDB məkanında pensiya məbləğinə görə, ilk üçlüyə daxil olub. Biz bu artım sırasında MDB məkanında yalnız Rusiyadan geri qalır, 2-ci sırada duran Qazaxıstanla isə eynilik təşkil edirik. Təbii ki, bu bizim üçün kifayət qədər yüksək nəticədir. Çünki Azərbaycan Qafqaz və Orta Asiyada lider ölkə olmaq hədəfindədir.
- Bildiyiniz kimi, sahibkarlığa yersiz müdaxilələrlə bağlı dövlət başçısı sərəncam imzalayıb. Sizcə, bunun sahibkarlığa nə kimi töhvələri olacaq?
- Sözügedən sərəncamın digərlərindən fərqi ondan ibarətdir ki, bu, sahibkarların müdafiəsini həyata keçirməyə hesablanıb. Biz qanunun maddələrinə diqqət yetirsək görərik ki, orada sahibkarlar risk qrupuna görə, 3 katiqoriyaya bölünüb. Birinci risk qrupuna aid olan sahibkarlarda yoxlamalar ildə bir dəfə, ikinci risk qrupuna, yəni orta risk qrupuna aid olan sahibkarlarada isə 2 ildən bir keçiriləcək. Aşağı risk qrupuna aid olan sahibkarlar qruplaşdırılaraq, onlarda yoxlamaların keçirilməsi 3 ildən bir nəzərdə tutulub. Qanunun üstün cəhətlərindən biri də odur ki, o, sahibkarların faiz nisbətini müəyyənləşdirir. Belə ki, yüksək risk qrupuna aid olan sahibkarların payı, ümumi risk qrupuna aid olanların 10 faizindən çox ola bilməz. Orta risk qrupuna aid olan sahibkarların payı ümumi sahibkarlardan 30 faiz çox, aşağı risk qrupuna aid olanların isə 60 fazidən az olmaması nəzərdə tutulub. Qanunun digər bir maddəsinə uyğun olaraq, sahibkarları yoxlayan müfəttişlər sahibkarlara hər hansı bir sanksiya təqdim edə bilməzlər. Sanksiyalar, yalnız müəyyən məlumatlar əldə edildikdən sonra, xüsusi qurumlar tərəfindən tətbiq olunmalıdır. Mən bir ekspert kimi deyə bilərəm ki, sahibkarlığın inkişaf etməsi ilə bağlı bu kimi qanunlar dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində yoxdur. Bu qanunlar sahibkarlığı inkişaf etdirmək və nizama salmaq üçündür.
- Vüqar müəllim, Milli Qəhrəmanların və şəhid ailələrinin təqaüdlərinin artırılması ilə bağlı verilən sərəncam sizcə, vətənpərvərlik hisslərinin aşılanması üçün atılan addımdım kimi başa düşülə bilərmi?
- Təbii ki, son artımlardan sonra Milli Qəhrəman və onların ailələrinin aldıqları aylıq vəsaitin məbləği 1000 manatdan çox olacaq. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Milli Qəhrəmanlara ən çox təqaüd verən ölkələrdən biridir. Sözügedən fərmanla dövlət şəhid ailələrinə və Milli Qəhrəmanlara olan qayğısını nümayiş etdirir. Əlbəttə, insanlar dövlət tərəfindən göstərilən qayğının şahidi olduqda, onlarda vətənpərvərlik hissi daha da yüksək həddə çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB