Qren Hovard: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionu təhlükəli edir”
"Türkiyə, Azərbaycan, Gürcüstan regionda təhlükəsizlik vakkumu yaradıb". SİA-nın məlumatına görə, Ceymustaun Fondunun prezidenti Qlen Hovard Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionu təhlükəli edir: "Qarabağdakı vəziyyət təhlükəli olaraq qalır. Münaqişənin həll edilməməsi regionu təhlükəli edir. Ümid edirəm ki, ABŞ bu məsələlərin həllində mühüm rol oynayacaq".
Q.Hovard onu da qeyd edib ki, ABŞ-ın bu regionda gedən proseslərə diqqət yetirməməsi məyusedici haldır.
Onun sözlərinə görə, Rusiya tərəfindən reallaşdırılmağa çalışan "Avrasiya İttifaqı" layihəsi SSRİ-nin bərpası deməkdir və bu da çox təhlükəlidir.
Q.Hovard Azərbaycanın ABŞ-la İraq və Əfqanıstandakı sülhməramlı əməkdaşlığından məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB