Novruz Məmmədov: “20 ildən çoxdur ki, işğal faktı ilə üz-üzəyik”

Novruz Məmmədov: “20 ildən çoxdur ki, işğal faktı ilə üz-üzəyik”

"Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uğurlardan danışmaq mümkün deyil". SİA-nın məlumatına görə, bunu bu gün Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda çıxışı zamanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədovun sözlərinə görə, beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda, son 5-6 ildə dünya ictimaiyyətinin ən çox bəhs etdyi məsələ iqtisadi böhrandır: "Lakin bu gün dünyada daha bir böhran hökm sürür. Bu, beynəlxalq hüquq böhranıdır. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır".

PA rəsmisi bildirib ki, 20 ildən çoxdur işğal faktı ilə üz-üzəyik: "Amma hələ də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə