Amil Cavadov: “Müxalifət məğlub olacağını indidən bilir” AÇIQLAMA
"Müxalifət nümayəndələri oktyabrda keçiriləcək prezident seçkilərində məğlub olacaqlarını artıq indidən qəbul edirlər. Əgər belə olmasaydı, heç bir zaman nə İsa Qəmbər, nə də Əli Kərimli bu seçkidə Cəmil Həsənlinin namizədliyini dəstəkləyib kənarda qalmazdılar". Bunu SİA-ya "Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov "Milli Şura" daxilindəki proseslərə münasibət bildirərkən deyib.
Amil Cavadovun sözlərinə görə, hərhalda Cəmil Həsənli Əbülfəz Elçibəydən üstün və müxalifət üçün o qədər də önəmli bir fiqur deyil. Axı necə oldu ki, bu gün özlərinə lider qəbul etdikləri, şəkillərini başlarının üstündən asdıqları Əbülfəz Elçibəyin 1998-ci ilin prezident seçkilərində bunlardan geri çəkilmələrini və özünün namizədliyinin irəli sürülməsi xaişini yerə salanlar, onun namizəd olaraq seçkiyə qatılmasına hər vəchlə mane olanlar, indi asanlıqla vahid namizəd kimi Cəmil Həsənlinin seçkidə iştirakına razı oldular? Bu artıq onların məğlubiyyətləridir. Müsavat başqanı İsa Qəmbərin də ilin əvvəlində namizəd olaraq seçkiyə qatılmasını bəyan etməsi, seçkiyə sayılı günlər qalmış namizədliyini geri götürməsi bunu tam olaraq təsdiq etdi ki, bunlar seçkidə xalqın dəstəyini, səsini ala bilməyərək məğlub olacaqlarını indidən bilirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB