Baş nazirin müavini: “Təəssüf edirik ki, müxalifətimiz rüsvayçılıqdan qurtula bilmir”
"Azərbaycan dövlətinin və xalqının nailiyyətləri bütün dünyada danışılır. Təssüfflər olsun ki, Azərbaycan müxalifətinin rüsvayçılığı da danışılan məsələlər arasındadır". SİA-nın məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonun işğalının 20-ci il dönümünə həsr olunan tədbirdə deyib.
Baş nazirin müavini bildirib ki, güclü iqtidar qarşısında, güclü müxalifət olmalıdır: "Hazırki müxalifət çoxdan siyasi arenadan getməli və yerini daha güclü müxalifətə verməli idi. Ancaq bu baş vermir. Bu hal baş vermədiyinə görə, bu gün müxalifət zəifdir. Onlar yalnız xaricdən qrandlar almaqla məşğuldurlar. Həmçinin müxalifət öz içlərində olan güclü şəxsləri də məhv edir. Biz təəssüf edirik ki, müxalifətimiz bu rüsvayçılıqdan qurtula bilmir" .
Ə.Həsənov bildirib ki, bu gün müxalifət abırlı, həyalı, elm adamını atıb ortaya və onu da özlərinə bənzətməyə çalışırlar.
Baş nazirin müavini qeyd edib ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və hər kəs istədiyi namizədə səs verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB