Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Sabirabad rayonuna səfərə gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Bildirilib ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. Burada geniş yaşıllaşdırma işləri görülüb, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilib, oturacaqlar qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB